...

Azərbaycanda yeni neft terminalının tikintisinin dəyəri artıb

Energetika Materials 27 Avqust 2007 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Amerikanın "Nexant" şirkəti "Sanqaçal neft-qaz terminalı"nın yaradılması layihəsinin investisya həcmi ilə bağlı yekun hesabatını "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə (AİŞ) təqdim edib.

AİŞ icraçı direktoru Anar Axundovun verdiyi məlumata görə, hesabata əsasən layihənin ilkin dəyəri təqribən 150 mln. dollara qədər artıb. Öncə 90 mln. dollar investisya barədə bildirilirdi.

"Layihənin dəyərinin artması terminalın gücünün artması ilə əlaqədardır",- deyə Axundov dəqiqləşdirib.

İlkin layihəyə görə birinci mərhələdə terminalın gücünü 12 mln. ton olacağı (10 mln. ton neft və 2 mln. qaz) və gələcəkdə 40 mln. tona qədər artırılacağı nəzərdə tutulurdu.

O, hazırkı həcmi açıqlamaqdan imtina etsə də, bu həftə AİŞ investorların cəlb olunması üzrə danışıqların aparılması strategiyası ilə bağlı "Azersun Holdinq"lə (layihədə əsas operator onun "Qavkaztransservis" şirkətidir) danışıqlara başlayır.

Onun sözlərinə görə, artıq layihənin maliyyələşdirilməsində maraqlı olan maliyyə institutlarının "qısa-siyahısı" hazırlanıb və növbəti həftədən onlarla danışıqlara başlanılacaq.

"İslam inkişaf bankı (İİB) terminalın maliyyələşdirilməsi üzrə layidə iştirakının mümkünlüyünü müzakirəsində maraqlıdır",- deyə AİŞ rəhbəri bildirib. İslam inkişaf bankı ilə yanaşı siyahıda Asiya inkişaf bankı, AYİB və özəl investisiya bankları var.

İnvestisya layihəsinin əsas məqsədi Bakının Qaradağ rayonu ərazisində neft-qaz terminalının tikilməsidir. Bu terminal vasitəsilə Qara dəniz sahili və BTC vasitəsilə Ceyhan limanına göndəriləcək Qazaxıstan və Türkmənistan nefti qəbul olunacaq.

AİŞ müşahidə şurasının 29 iyun qərarı ilə investisya şirkəti terminala 9 mln. dollar sərmayə qoyacaq.

AİŞ və "Qavkaztransservis" arasındakı müqaviləyə əsasən şirkət qoyulan vəsaitlər hesabına "Sanqaçal-Qaradağ neft-qaz terminalı" QSC-nin nizamnamə kapitalının 25 faizini əldə edəcək.

Xəbər lenti

Xəbər lenti