...

Azərbaycan Sənaye və Energetika Nazirliyi "İnam" neft-qaz layihəsində dəyişikliklərlə bağlı problem görmür (video)

Energetika Materials 28 Avqust 2007 13:40 (UTC +04:00)
Azərbaycan Sənaye və Energetika Nazirliyi "İnam" neft-qaz layihəsində dəyişikliklərlə bağlı problem görmür (video)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ "Shell" şirkətinin Xəzərin Azərbaycan sektorunda olan "İnam" perspektiv strukturunun işlənilməsi və kəşfiyyatı layihəsindəki iştirak payını Koreya şirkətinə satması üçün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), BP və ölkə hökuməti razılıq verməlidir. Bunu çərşənbə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Koreya Milli Neft Korporasiyası (KNOC) "Shell" ilə Britaniya-Holland şirkətinin "İnam" layihəsindəki 25 faizlik payının 20 faizinin alınması barədə artıq razılaşıb. Hazırda "İnam" layihəsinin operatoru 25 faiz paya malik olan BP şirkətidir. Layihədə ARDNŞ-in payı 50, "Shell" şirkətinin payı isə 25 faizdir. KNOC layihəyə daxil olduqdan sonra pay bölgüsü bu cür olacaq: BP -25%, ARDNŞ 50%, KNOC -20%, "Shell"-5%.

"Satışa razılıqla bağlı problem olmur. Satışın qaydaları var və onlardan heç biri (İnam layihəsində) pozulmayıb" - deyə nazir bildirib.

Öncə Koreya şirkəti ARDNŞ-in payının 20 faizini almaq barədə niyyətini bildirmişdi. ARDNŞ layihədəki payını kəşfiyyat mərhələsində satmamaq barədə qərar qəbul edib. ARDNŞ-in öz payını satmaması onunla izah olunur ki, kəşfiyyat mərhələsində onun riskləri yoxdur, belə ki, kəşfiyyat mərhələsində onun layihədəki iştirak payını digər iştirakçılar - BP və "Shell" şirkətləri öz üzərlərinə götürüblər.

Öncə qeyd edildiyi kimi, Koreya şirkəti mütəxəssislərinin apardıqları texniki qiymətləndirməyə əsasən, "İnam" strukturunda neft ehtiyatları çox yüksəkdir. Lakin bununla belə, layihənin işlənilməsi böyük risklərlə müşayiət olunur. KNOC ARDNŞ-a bu layihədəki ehtiyatların qiymətləndirilməsini aparmağı təklif edib. Quyunun dərinliyi təqribən 6 min metr təşkil edəcək. Birinci quyu qeyri-adi təzyiqə görə yaranmış problemlə əlaqədar ləğv olunub.

Xəbər lenti

Xəbər lenti