...

"Azərkimya" texniki duzun alınmasına dair tender elan edib

Energetika Materials 30 Avqust 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda kimyəvi məhsulun ən iri istehsalçısı olan "Azərkimya" dövlət konserni Sumqayıtın "Üst aktiv maddələr " zavodunda kaustik soda və xlorun istehsalında istifadə edilən texniki duzun alınmasına dair tender elan edib.

Tenderdə iştirakın qiyməti 200 manatdır.

Namizədlər sənədləri (son il üzrə maliyyə göstəricisi, son üç ildə xüsusi və potensial imkanları təsdiq edən sənəd, vergi və digər borcların olmaması barədə arayış) sentyabrın 26-dək təqdim etməlidirlər.

Tender sentyabrın 27-də saat 15.00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti