...

Yanvar-avqust aylarında Azərbaycan "Şah Dəniz"dən proqnozlaşdırıldığından 26,4 faiz çox qaz əldə edib

Energetika Materials 6 Sentyabr 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Cari ilin yanvar- avqust aylarında Azərbaycan "Şah Dəniz" qazkondensat yatağından 864,94 mln. kubmetr qaz (proqnozlaşdırıldığından 26,4 faiz çox) əldə edib. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib. Avqustda yataqdan 156,84 mln. kubmetr qaz təhvil verilib.

Hazırda yataqda üç quyu fəaliyyət göstərir. Gündəlik potensial debit 15 mln. kubmetrə yaxın qaz təşkil edir. Oktyabrda yataqda dördüncü quyu fəaliyyətə başlayacaq. Güman edilir ki, bu , gündəlik debitdən sonra daha 5 mln. kubmetr artacaq.

"Mərhələ-1" layihəsi çərçivəsində "Şah Dəniz" mədəni ödəimə mərhələlərində 8,6 mln. kubmetr qaz hasil edəcək.

Xəbər lenti

Xəbər lenti