...

İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər baş verib

Maliyyə Materials 30 Yanvar 2019 12:04 (UTC +04:00)
İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər baş verib
İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər baş verib

Bakı. Azad Həsənli - Trend:

İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər baş verib.

Trend bu barədə təşkilatın saytına istinadən məlumat verir.

Məlumata əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Büronun Qəyyumlar Şurasına daxil olub. O, bu vəzifədə Palatanın digər nümayəndəsi Aqşin Əlizadəni əvəz edib.

Qeyd edək ki, Qəyyumlar Şurasına “AXA MBASK” İdarə Heyəti sədrinin birinci müavini Lana Gözəlova rəhbərlik edir. Onun müavini “Atəşgah Insurance” sədrinin müşaviri Tələt Səfərovdur. Şuranın tərkibinə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Məmməd Həsənli, “Paşa Insurance”ın sədri Ülviyyə Cabbarova daxildir.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti