...

“AmCham” Azərbaycanda etika və komplayens mövzusunda növbəti konfransını keçirib (FOTO)

Maliyyə Materials 30 Yanvar 2019 19:00 (UTC +04:00)
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) “Azərbaycanda Etika və Komplayens” mövzusunda ikinci konfransını təşkil edib.
“AmCham” Azərbaycanda etika və komplayens mövzusunda növbəti konfransını keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) “Azərbaycanda Etika və Komplayens” mövzusunda ikinci konfransını təşkil edib.

Palatadan Trend-ə verilən məlumata görə, “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova, Prezidenti Nuran Kərimov və Direktorlar Şurasının üzvü, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli giriş nitqi ilə çıxış edərək, qanunlara, qaydalara və peşəkar standartlara riayət etməyin və etik biznes davranışı prinsiplərinə uyğunluğun təmin edilməsinin rolu haqqında biznes cəmiyyəti arasında məlumatlılığın artırılmasının ölkədə biznes mühitinin gücləndirilməsi üçün vacibliyini vurğulayıblar.

Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokuroru Elnur Hümbətov dövlət tərəfindən davamlı olaraq həyata keçirilən anti-korrupsiya tədbirləri, “ASAN xidmət”in bu sahədəki əhəmiyyətli rolu, həmçinin, etika və əməletmə sahəsində şəffaflığın təmin edilməsi istiqamətində aparılan tədbirlər barədə təqdimatla çıxış edib.

Konfransda iki panel müzakirəsi təşkil edilib ki, birinci panel biznes kontekstində korporativ dəyərlərin gücləndirilməsi üçün əməletmənin vacibliyini, həmçinin, onun daha geniş və sistematik elementlərini işıqlandırıb. Digər panel müzakirəsi üçüncü tərəflərin əməletmə ilə bağlı effektli risk idarəetməsi mövzusuna həsr olunub.

Konfrans interaktiv müzakirə formasında keçirilmiş və işini “sual-cavab” sessiyası ilə yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti