...

İcbari Sığorta Bürosunun rəhbərliyində YENİ TƏYİNATLAR

Maliyyə Materials 1 Aprel 2019 11:32 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azər Əliyev İcbari Sığorta Bürosunun (İSB) Qəyyumlar Şurasının sədri təyin edilib.

Trend bu barədə büroya istinadən məlumat verir.

A.Əliyev bu vəzifədə “AXA Mbask” sığorta şirkətinin İdarə heyəti sədrinin birinci müavini Lana Gözəlovanı əvəz edib.

O, eyni zamanda “Ateshgah Insurance” sığorta şirkətinin İdarə heyətinin sədri və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəridir.

İSB Qəyyumlar Şurasında A.Əliyevin müavini vəzifəsinə “PAŞA Insurance” şirkətinin İdarə heyətinin sədri Ülviyyə Cabbarova təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti