...

PAŞA Bank müştərisi olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün endirim kampaniyası

Maliyyə Materials 3 İyun 2019 18:49 (UTC +04:00)

Bakı. Trend:

3 iyun tarixindən etibarən PAŞA Bank yeni müştərilər üçün onlayn rejimdə hesab açmaq prosesinə 50% endirim tətbiq edir.

Bankdan Trend-ə verilən məlumata görə, hüquqi şəxslər və fərdi sahibkarlar qeyri iş vaxtı da daxil olmaqla günün istənilən vaxtı cari və kart hesabı açmaq, hesabın açılması üzrə xidmət haqqını ödəmək, tarif paketlərinə qoşulmaq və Onlayn bank xidmətinə avtomatik qoşulmaq imkanına malikdir.

Sözügedən prosesdən yararlanmaq üçün linkə https://onboarding.pashabank.digital keçid ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti