...

Ötən iki ayda Çinin ticarət dövriyyəsi 591,9 milyard dollara düşüb

Maliyyə Materials 7 Mart 2020 08:20 (UTC +04:00)
Cari ilin yanvar və fevral aylarında Çinin xarici ticarət dövriyyəsi 11 faiz azalıb
Ötən iki ayda Çinin ticarət dövriyyəsi 591,9 milyard dollara düşüb

Bakı. Trend:

Cari ilin yanvar və fevral aylarında Çinin xarici ticarət dövriyyəsi 11 faiz azalaraq 591,9 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ÇXR-nın Baş Gömrük İdarəsi məlumat verib.

Qurumun saytında dərc edilən məlumatlardan göründüyü kimi, ölkə ixracatı illik hesablamada 17,2 faiz azalıb və 292,4 milyard dollar təşkil edib. İdxal isə 4 faiz azalaraq 299,5 milyard dollar həddinə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti