...

"Airbus" şirkəti xərclərini azaldır

Maliyyə Materials 27 Aprel 2020 09:10 (UTC +04:00)
"Airbus" şirkəti xərclərini azaldır

Bakı. Trend:

"Airbus" təyyarələri istehsal edən şirkətin rəhbəri Giyom Fori işçilərinə şirkətin koronavirus pandemiyasının təsiri səbəbindən xərcləri azaldacağı barədə xəbərdarlıq edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, korporasiya artıq sərnişin təyyarələrinin istehsalını 30 faizdən çox azaldıb.

"Biz əvvəllər görünməmiş bir nisbətdə pulumuzu itiririk ki, bu da şirkətimizin mövcudluğunu sual altında qoyur", - G.Fori bildirib.

"Airbus"un başçısı şirkətin xilas edilməsi üçün xərcləri dərhal azaltmağın vacib olduğunu deyib.

Bundan əvvəl korporasiya sərnişin təyyarələrinin istehsalını üçdə bir qədər azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti