...

Yaponiya koronavirusa qarşı peyvəndin hazırlanması üçün 800 milyon dollardan çox vəsait ayıracaq

Maliyyə Materials 5 May 2020 06:13 (UTC +04:00)
Yaponiya koronavirusa qarşı peyvəndin hazırlanması üçün 800 milyon dollardan çox vəsait ayıracaq

Bakı. Trend:

Yaponiyanın baş naziri Şinzo Abe hökumətin yeni koronavirusa qarşı peyvəndi hazırlamaq üçün 800 milyon dollardan çox vəsait ayırmaq niyyətində olduğunu bildirib.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, bu barədə "NHK" telekanalı xəbər yayıb.

Vəsaitin təxminən 234 milyonu Epidemik Hazırlıq və İnnovasiya Fondu Koalisiyası (“Coalition for Epidemic Preparedness and Innovation”) və peyvəndin tapılması üzərində çalışan digər beynəlxalq təşkilatlara veriləcək. "İnfeksiyaya yoluxma təhlükəsi üçün heç bir sərhəd yoxdur. Dünya birliyi bu böhranı aradan qaldırmaq üçün birləşməlidir", - "NHK" kanalın Ş.Abedən sitat gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti