...

Büdcədən iqtisadi fəallığın artırılması üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur

Maliyyə Materials 23 Dekabr 2020 11:55 (UTC +04:00)
Büdcədən iqtisadi fəallığın artırılması üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ildə dövlət büdcəsinin icrasından sonra xəzinədə 500 milyon manat qalıq nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsindən iqtisadi fəallığın artırılması üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

O qeyd edib ki, bu məqsədlə Dövlət Neft Fondundan transfertlərin bu il olduğu kimi qalması nəzərdə tutulur. Nazirin sözlərinə görə, Mərkəzi Bankın sərbəst mənfəətlərindən də bir hissənin dövlət büdcəsinə transfert edilməsi nəzərdə tutulur.

S.Şərifov əlavə edib ki, gələn il daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi, beynəlxalq maliyyə qrurumlarından əlavə kreditlərin cəlb edilməsi hesabına əlavə vəsaitlərin yönləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti