...

Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı

Maliyyə Materials 28 Yanvar 2021 11:33 (UTC +04:00)
Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı

Bakı. Trend:

2020-ci ildə ən böyük uğurumuz şübhəsiz ki, Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz oldu. Artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir dövr başlayır. Bu mərhələdə işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın daha da gücləndirilməsini təmin edəcək.

Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı.

Hər zaman olduğu kimi dövlətimizin və xalqımızın yanında olduğunu bəyan edən Bank Respiblika “Qarabağ Dirçəliş Fondu”na 200 000 manat məbləğində vəsaiti köçürməyi özunə borc bildi. Qeyd edək ki, bundan əvvəl “Koronavirusla Mübarizəyə Dəstək Fondu”, “Silahlı Qüvvələrə Yardım Fondu” və “YAŞAT Fondu”na vəsait ianə edən ilk banklardan biri də məhz Bank Respublika olmuşdur.

Bank, bununla yanaşı, Fonda dəstək olmaq istəyən müştəriləri üçün də yeni imkan yaradıb. Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri istənilən məbləği bir toxunuşla “Qarabağ Dirçəliş Fondu”na köçürə biləcəklər. Qeyd edək ki, “Qarabağ Dirçəliş Fondu”na istər vətəndaşlar, istərsə də müəssisələr tərəfindən edilən bütün ianə və köçürmələr “Bank Respublika”da komissiyasız və məhdudiyyətsiz həyata keçirilir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti