...

Dünya Bankı Azərbaycanda sənaye və kənd təsərrüfatı sektorlarının artımını proqnozlaşdırır

Maliyyə Materials 1 Aprel 2021 20:39 (UTC +04:00)
Dünya Bankı Azərbaycanda sənaye və kənd təsərrüfatı sektorlarının artımını proqnozlaşdırır

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ildə Azərbaycanın sənaye sektorunda 2,8 faiz artım proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının "Avropa və Mərkəzi Asiya iqtisadiyyatının icmalı" hesabatında deyilir.

Proqnoza əsasən, 2022 və 2023-cü illərdə Azərbaycanda sənaye sektorunun artımı müvafiq olaraq 3,3 və 2 faiz səviyyəsində olacaq.

Eyni zamanda, Dünya Bankı növbəti 3 il ərzində Azərbaycanda kənd təsərrüfatı sektorunun artımını proqnozlaşdırır.

Hesabatda qeyd olunur ki, ölkədə kənd təsərrüfatı 2021-ci ildə 2,5 faiz, 2022-2023-cü illərdə 3,2 faiz artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti