...

"PAŞA Bank" və törəmələri ötən ili xalis mənfəətlə başa vurub

Maliyyə Materials 5 Aprel 2021 14:12 (UTC +04:00)
"PAŞA Bank" və törəmələri ötən ili xalis mənfəətlə başa vurub

Bakı. Zeyni Cəfərov - Trend:

"PAŞA Bank" və onun Türkiyə və Gürcüstandakı törəmə bankları 2020-ci ili 79,5 milyon manat xalis mənfəətlə başa vurub.

Trend-in məlumatına görə, bunu Bankın maliyyə administratoru və İdarə heyətinin üzvü Bəhruz Nağıyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il üç bankın ümumi xalis mənfəəti 2019-cu illə müqayisədə 3 faiz artıb.

O bildirib ki, "PAŞA Bank"ın Gürcüstan törəməsi ötən ili 10,75 milyon manat itki ilə, Türkiyə törəməsi isə 7,65 milyon manat mənfəətlə başa vurub.

"PAŞA Bank"ın Gürcüstan törəməsi ölkənin istehlak bazarının inkişafına investisiya qoyduğu üçün itkilərlə üzləşir. Bu investisiyaların gələn ildən nəticə verəcəyi və bankın mənfəət əldə edəcəyi gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti