...

Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb

Maliyyə Materials 1 Dekabr 2021 18:56 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb

Bakı. Nəzrin İsrafilova - Trend:

2021-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,01 milyard dollar təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici bu ilin əvvəli ilə müqayisədə 10,2 faiz artıb.

Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,3 faiz və ya 0,02 milyard dollar azalıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti