...

Bu il inflyasiya nə qədər olacaq? - Beynəlxalq audit şirkətinin rəhbəri açıqlayır (VİDEO)

Maliyyə 14 Yanvar 2022 12:20 (UTC +04:00)
Bu il inflyasiya nə qədər olacaq? - Beynəlxalq audit şirkətinin rəhbəri açıqlayır (VİDEO)

Bakı. Trend:

Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif layihəsinin suallarını "PwC" audit və konsaltinq şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mövlan Paşayev cavablandırıb.

M.Paşayev pandemiya dövründə dünya iqtisadiyyatında baş verən tənəzzülün Azərbaycan iqtisadiyyatına mənfi təsirlərindən, iqtisadiyyatımızın xarici şoklar qarşısında dayanıqlığını qoruyub saxlamasından danışıb.

Şirkət rəhbəri həmçinin bu il Azərbaycan iqtisadiyyatında baş verəcək proseslərdən, dünyada sürətlə artan qiymət artımlarından, bunun ölkəmizə təsirlərindən, dövlətin həyata keçirdiyi preventiv tədbirlərdən söz açıb.

M.Paşayev xüsusilə vurğulayıb ki, 2022-ci ildə dünyada və Azərbaycanda inflyasiyanın səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olacaq. Bu da gələcək üçün nikbin proqnozdur.

Müsahibənin videoformatını təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti