...

“PAŞA Bank” Azərbaycan xalçaçılıq sənətinin təbliğ edilməsinə töhfə verir

Maliyyə Materials 25 Yanvar 2023 13:10 (UTC +04:00)

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” mədəni irsimizin qorunmasına və təbliğatına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.

Belə ki, Bank, “Azərxalça” ASC və “AFFFAIR” markası tərəfindən qədim xalçaçılıq ənənələri əsasında müasir nümunələrin hazırlanması layihəsinin tərəfdaşlarından biri olub. Yanvar ayının 24-də Milli Xalça Muzeyində “Mədəni irsə yeni baxış” adı altında başlayan sərgidə bu kolleksiyanın nümayişi baş tutub.

“Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Pazırıq” və “Şəbəkəli” xalçalarının elementlərindən ilhamlanaraq məhdud sayda hazırlanmış bu müasir xalça nümunələrinin bir hissəsi mədəni irsin qorunması, müasirləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti