...

Tələbələr Gənclər Günündə “PAŞA Bank”ın qonağı olub

Maliyyə Materials 3 Fevral 2023 13:34 (UTC +04:00)
Tələbələr Gənclər Günündə “PAŞA Bank”ın qonağı olub

Bakı. Trend:

Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”, gənclərin peşəkar inkişafını dəstəkləyən bir sıra layihələrin təşəbbüskarıdır. Bank, gənc istedadları dəstəkləməklə, daha dayanıqlı gələcəyin qurulmasına və ölkənin tərəqqisinə öz töhfəsini vermək niyyətindir.

Bankın bu istiqamətdə keçirdiyi növbəti tədbir fevral ayının 2-si Gənclər Gününə təsadüf edib. Belə ki, “PAŞA Bank”ın əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin tələbələrinin baş ofisə ziyarəti baş tutub. “PAŞA Bankda bir gün” adlı bu tədbir vasitəsilə maliyyə, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proseslərin avtomatlaşdırılması və biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan 30-a yaxın tələbə qatılıb. Onlar Bankın müxtəlif şöbələrinin iş fəaliyyəti və gündəlik iş prosesləri ilə tanış ola, Bank əməkdaşları ilə ünsiyyət saxlaya bilib. Bank əməkdaşları tələblərin işə qəbul, büdcələmə, kreativ dizayn və digər sahələrə dair suallarını cavablayıb.

Xatırladaq ki, “PAŞA Bank”, müntəzəm şəkildə müxtəlif təlim sessiyaları, master-klaslar və təcrübə proqramlarını təşkil etməklə, öz zəngin təcrübəsini tələbələrlə bölüşür. Bununla da Bank, tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur. Təsadüfi deyildir ki, təcrübə proqramını uğurla bitirmiş bir sıra gənc Bankda əməkdaş olaraq çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti