...

Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı növbəti qərarının vaxtı açıqlanıb

Maliyyə Materials 1 May 2023 10:53 (UTC +04:00)
Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı növbəti qərarının vaxtı açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarının elan olunacağı tarix açıqlanıb.

Trend bazar ertəsi AMB-yə istinadən xəbər verir ki, AMB idarə heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı mayın 3-də açıqlanacaq.

Xatırladaq ki, martın 29-da Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 artıraraq 8,75 faizə çatdırmaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9,5 faizdən 9,75 faizə, aşağı həddi isə 6,75 faizdən 7 faizə çatdırılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti