Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə 2024-2028-ci illər üzrə fintex-strategiyası hazırlayır
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.
Onun sözlərinə görə, fintex AMB-nin "McKinsey" təşkilatı ilə birgə həyata keçirdiyi maliyyə sektorunun dayanıqlı inkişaf layihəsinin tərkib hissələrindən biridir.
"Bütün bu tədbirlər ölkədə tələb və təklifin artmasını dəstəkləyir. Bundan başqa, rəqəmsal texnologiyalarla işləməyi bacaran yeni personal hazırlanacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanda 30-dan çox fintex şirkət fəaliyyət göstərir.
Sentyabrın 6-da ölkədə ilk Azərbaycan-Türkiyə Fintex Forumu keçirilir. Forumun ikinci hissəsi bu ilin noyabr-dekabr aylarında İstanbul şəhərində keçiriləcək.
Forum Azərbaycan və Türkiyənin fintex ekosistemlərinin
iştirakçıları arasında işgüzar əlaqələri möhkəmləndirmək, potensial
əməkdaşlıq imkanlarını qiymətləndirmək, həmçinin iki ölkə arasında
innovativ maliyyə texnologiyaları sahəsində, eləcə də digər
sahələrdə səmərəli sinergiya yaratmaq məqsədi daşıyır.
(Tərcümə: Rəna Əbdürəhmanova)