...

Azərbaycan dördüncü könüllü milli hesabatını təqdim edəcək

Maliyyə Materials 15 Noyabr 2023 12:18 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Azərbaycan dördüncü könüllü milli hesabatını təqdim edəcək.

Trend xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov "Dayanıqlı maliyyə və investisiya" mövzusunda Dayanıqlı İnkişafa dair II Bakı Forumunda çıxışında deyib.

"2024-cü ildə Azərbaycan dördüncü könüllü milli hesabatını təqdim edəcək. Qeyd edim ki, dünyada dördüncü hesabatı təqdim edən və ya buna hazır olan ölkə elə də çox deyil. Bu, o deməkdir ki, Azərbaycan qlobal layihənin icrasını özünün mühüm vəzifələrindən biri hesab edir və inanıram ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Fikrimcə, bugünkü forumda ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri bugünədək Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasındakı uğurlar, eləcə də, gələcəkdə həyata keçirilməli vəzifələr barədə olduqca ətraflı fikir mübədiləsi aparırlar", - deyə o qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti