...

Mərkəzi Bank 2024-cü il üzrə iqtisadi artımı proqnozlaşdırıb

Maliyyə Materials 31 İyul 2024 11:48 (UTC +04:00)
Mərkəzi Bank 2024-cü il üzrə iqtisadi artımı proqnozlaşdırıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Azərbaycanda 3,5-4 faiz, o cümlədən, neft-qaz sektorunda 5,5-6 faiz səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.

"Gələn il ölkədə ümumi daxili məhsulun (ÜDM) 2-2,5 faiz, o cümlədən, qeyri-neft-qaz sektorunda 4-5 faiz olacağı proqnozlaşdırılır", - deyən İdarə Heyətinin sədri proqnoza yayda düzəliş olunduğunu (əvvəlki proqnoz aprel ayında olub) əlavə edib.

T.Kazımov bildirib ki, dünya bazarında neftin 1 barrelinin qiyməti bu il 84,9 ABŞ dolları, təbii qazın 1000 kubmetrinin qiyməti isə 290,1 ABŞ dolları səviyyəsində gözlənilir.

"2025-ci il üzrə proqnozlarımız müvafiq olaraq 83,8 ABŞ dolları və 233,5 ABŞ dollarıdır", - T.Kazımov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti