...

Azərbaycandan xahiş edirik ki, COP29-da ən çətin məsələlərə həll yolu tapılsın - COP21-in Vitse-prezidenti

Yaşıl iqtisadiyyat Materials 15 Mart 2024 10:51 (UTC +04:00)
Azərbaycandan xahiş edirik ki, COP29-da ən çətin məsələlərə həll yolu tapılsın - COP21-in Vitse-prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP yalnız geosiyasi alət deyil, bəşəriyyətin gələcəyidir.

Trend xəbər verir ki, bu barədə COP21-in Vitse-prezidenti Hakima El Hatie XI Qlobal Bakı Forumunda çərçivəsindı keçirilən “Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

“Əgər siyasətlər dəyişikliyə uyğun deyilsə, biz heç nə edə bilmərik. Hər bir COP ərəfəsində optimist olmaq təklif edilir, lakin biz bu ilki COP29-da realist olmalıyıq. Biznesin reallığı var. Biz bu barədə nə etməliyik? Hər kəs maliyyədən danışır. Amma əsas sual budur ki, kim havaya dəm qazını buraxır? Heç kəs bunun məsuliyyətindən danışmır.

Bizə həmrəy və cavabdeh insanlar lazımdır. Bu ədalətli yanaşmadır. Biz Azərbaycandan xahiş edirik ki, COP29-da ən çətin məsələlərə həll yolu tapılsın”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti