...

COP29-un veb-saytı bu həftə istifadəyə veriləcək

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 12:30 (UTC +04:00)
COP29-un veb-saytı bu həftə istifadəyə veriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un veb-saytı bu həftə istifadəyə veriləcək.

Trend xəbər verir ki, bunu Azərbaycanın COP29-a Sədrliyinin ilk mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib.

Onun sözlərinə görə, saytdan konfrans ilə bağlı ən son yenilikləri çox rahatlıqla əldə etmək mümkün olacaq.

Qeyd edək ki, bu gün 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. Tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti