...

Energetika Nazirliyi yanında İctimai Şuranın nümayəndələri Qaradağ GES-in işi ilə tanış olub

Yaşıl iqtisadiyyat Materials 22 Aprel 2024 20:43 (UTC +04:00)
Energetika Nazirliyi yanında İctimai Şuranın nümayəndələri Qaradağ GES-in işi ilə tanış olub
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Energetika Nazirliyinin təşəbbüsü və BƏƏ-nin "Masdar" şirkətinin dəstəyi ilə Energetika Nazirliyi yanında İctimai Şuranın nümayəndələri Qaradağ günəş elektrik stansiyasının (GES) işi ilə tanış olub.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

"Şuranın üzvləri 2023-cü ildə istismara verilən və elektrik enerjisi istehsal edən bu müasir müəssisənin fəaliyyəti ilə tanış olubş Tikinti, istismar və şəbəkəyə inteqrasiya prosesi, "yaşıl" enerji istehsalının göstəricilərinə dair məlumat, eləcə də, texniki, iqtisadi, ekoloji və sosial aspektlər təqdim olunub", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, "Masdar" Azərbaycanda ilk ən böyük bərpa olunan enerji mənbəyi (BEM) olan bu obyektin baş podratçısı olmaqla onu idarə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti