...

AYİB bankın "yaşıl" təşəbbüsləri barədə məlumatlandırmaya görə məsul şəxs təyin edib

Yaşıl iqtisadiyyat Materials 24 Aprel 2024 17:24 (UTC +04:00)
AYİB bankın "yaşıl" təşəbbüsləri barədə məlumatlandırmaya görə məsul şəxs təyin edib
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qərbi Balkanlar və Azərbaycan üzrə ictimaiyyətlə əlaqələr üzrə kuratoru Rezo Bitsadze bankın "yaşıl" təşəbbüsləri barədə məlumatlandırmaya görə məsul şəxsi təyin olunub.

Trend xəbər verir ki, Bitsadze bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Mən AYİB-in Azərbaycandakı xarici kommunikasiyalarına görə məsul şəxs olaraq qalacağam və bankın bütün dünyada "yaşıl" təşəbbüslərinin işıqlandırılmasına nəzarət edəcəyəm. Bankın "yaşıl" təşəbbüsləri üçün bu yeni təyinat 2024-cü ildə baş verib və bu, COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan üçün xüsusən vacibdir", - deyə Bitsadze bildirib.

Onun sözlərinə görə, AYİB iqlim maliyyələşdirməsi sahəsində liderdir və dünyadakı biznesinin yarısı artıq "yaşıl"dır.

Bitsadze qeyd edib ki, dayanıqlı investisiyaları inkişaf etdirmək, ətraf mühitin mühafizəsi, tənzimlənmənin (maliyyələşdirmənin) reformasiyası və özəl maliyyələşdirmənin səfərbərliyi ilə əlaqəli olan hər şeyi dəstəkləmək lazımdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti