...

Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində planlarını təxirə salmadan həyata keçirir - RƏY

Yaşıl iqtisadiyyat Materials 23 May 2024 20:28 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində plan və hədəflərini təxirə salmadan həyata keçirir.

Bunu Trend-ə açıqlamasında ekoloq Elman Zeynalzadə deyib.

Onun sözlərinə görə, bərpa olunan enerji sahəsinin xarici investisiya hesabına inkişafı artıq reallıqdır.

"Bu gün qarşıda duran əsas məsələlərdən biri məhz yaradılacaq yeni istehsal güclərinin şəbəkəyə inteqrasiyasını təmin etməklə bərabər ixrac bazarlarının müəyyənləşdirilməsidir", - o əlavə edib.

Ekoloq bildirib ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi ölkəmizin əsas istiqamətlərindən biri hesab olunur.

“Həmim ərazilərin kifayət qədər bərpa olunan enerji potensialına malik olması bu sahəni inkişaf etdirməyə imkan verir. Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Həmin bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması çox faydalı olacaq.

Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır.

Azad edilmiş ərazilərdə günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının payına düşür.
Külək enerjisi potensialı isə Laçın, Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Azad edilmiş ərazilərimizdə böyük və digər kiçik çaylar da hidroenerji potensialına malikdir. Bunlara misal olaraq Həkəri, Bərgüşad kimi çayları göstərmək olar”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti