Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar COP29-la bağlı ayrıca proqram üzərində işləyir.
Bu barədə Trend-ə "Masdar Azerbaijan" şirkətinin direktoru Murad Sadıqov deyib.
"Bildiyiniz kimi, "Masdar" COP28-də fəal iştirak edirdi. Əslində, şirkət COP-un təşkilinə böyük töhfə verdi. Biz həmçinin COP29 çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq edirik. COP28-ə böyük töhfə vermiş "Masdar" mütəxəssisləri təcrübələrini Azərbaycanla bölüşürlər”, - deyə o bildirib.
M.Sadıqov qeyd edib ki, "Masdar" institutlarından biri olan "Zayed Sustainability Prize" COP29 çərçivəsində Azərbaycanla əməkdaşlıq edir.
"Bu şirkətin nümayəndələri hazırda Azərbaycandadırlar və yaşıl enerji və davamlı inkişaf sahəsində yeni təşəbbüs və layihələri dəstəkləyirlər. "Masdar" COP29 ilə bağlı ayrıca proqram üzərində işləyir", - deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. COP (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan Tərəflərin Konfransı mənasını verir.
Konvensiyanın tərəfləri kimi 198 ölkə çıxış edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
X: @Lyaman_Zeyn