...

COP29 COP28-də əldə etdiyimiz uğurlara əsaslanaraq, ölkəyə uyğunlaşdırılmış həlləri cəlb etməyə imkan verəcək - Tamer Rabie

Yaşıl iqtisadiyyat Materials 19 İyun 2024 14:35 (UTC +04:00)
COP29 COP28-də əldə etdiyimiz uğurlara əsaslanaraq, ölkəyə uyğunlaşdırılmış həlləri cəlb etməyə imkan verəcək - Tamer Rabie
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hökumətinə bizi qəbul etdiyinə və COP29-da sədrliyi öz üzərinə götürdüyünə görə təşəkkür etmək istərdim. Hesab edirəm ki, bu, bizim hamımız üçün əlamətdar tədbir olacaq və Azərbaycanın sədrliyinin iqlim və sağlamlıq böhranının həllinə təkan verəcəyinə inanıram.

Bunu Trend-ə Dünya Bankının İqlim və səhiyyə üzrə qlobal proqram rəhbəri Tamer Rabie deyib.

O qeyd edib ki, insan kapitalının inkişafını diqqət mərkəzində saxlamaq saxlamaq vacibdir.

“İnsanların iqlimlə bağlı müzakirələrinin, danışıqlarının və təbii ki, iqlim siyasətinin və maliyyələşməsinin mərkəzində olmasını təmin etmək niyyəti güdürük. Beləliklə, bu cəhtlərinə görə Azərbaycan hökumətinə böyük təşəkkürümüzü bildiririk və biz COP29-un hazırlanması və digər məsələlər üzərində işləməyi səbirsizliklə gözləyirik.

Düşünürəm ki, COP29 həqiqətən də COP28-də əldə edə bildiyimiz uğurlara əsaslanaraq, diqqəti maliyyələşdirməyə, investisiyalara diqqəti cəlb etməyə, ölkəyə uyğunlaşdırılmış həlləri cəlb etməyə imkan verəcək. Əminəm ki, noyabrda Bakıda diqqətimizi məhz buna yönəldəcəyik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti