...

“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işini davam etdirir (FOTO)

Yaşıl iqtisadiyyat Materials 19 İyun 2024 17:14 (UTC +04:00)
“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işini davam etdirir (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

18-20 iyunda Bakıda COP-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işinə davam etdirməkdədir.

Trend-in məlumatına görə, tədbirin ikinci günündə iqlimə-davamlı və dayanıqlı səhiyyə sisteminin maliyyələşməsi məsələləri, iqlim dəyişikliyi fonunda universal tibbi təminata nail olunması, iqlimə dayanıqlı və sağlam şəhərlərin yaradılması məsələləri müzakirə edilib.

Tədbirin ikinci günündə ÜST-nin İqlim və Sağlamlıq Elçisi Vanessa Kerri, dünyada səhiyyə sahəsində ən böyük donor olan Qlobal Fondun icraçı direktoru Peter Sands, Dünya Bankının Sağlamlıq, Qidalanma və Əhali üzrə Qlobal Direktoru Juan Pablo Uribe, COP29 Məsləhət Şurasının üzvü, Malavinin keçmiş prezident Coys Banda, “Malyariya son” təşkilatının baş direktoru Martin Edlund və digər məruzəçilər çıxış edib.

Çıxışçılar iqlim dəyişikliyə ilə bağlı birgə mübarizənin, iqlim dəyişkliyinin insan salamlığa mənfi təsirlərinin qarşısının alınmasının vacibliyindən danışıblar və bu məsələdə bütün ölkələrin həmrəy olmasının əhəmiyyətini diqqətə çatdırıblar.

Qlobal Sammitin sabah günüdə iqlim dəyişikliyi və insan sağlamlığının kəsişməsində yerləşən digər önəmli çağırışlar müzakirə ediləcək. Həmçinin daha əvvəlki COP-lar və COP29 təmsilçilərinin iştirakı ilə COP davamlılıq dialoqu baş tutacaq.

Qeyd edək ki, qlobal sammitin məqsədi iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün iqlim və səhiyyə icmalarını bir araya toplamaq, eləcə də, “məlumatlılıqdan fəaliyyətə” birlikdə hərəkət etmək imkanları və strategiyalarını müəyyən etməkdir. Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti