...

“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin sonuncu günü keçirilir (FOTO)

Yaşıl iqtisadiyyat Materials 20 İyun 2024 09:49 (UTC +04:00)
“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin sonuncu günü keçirilir (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün (20 iyun) hər il COP-dan öncə keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin sonuncu günü keçirilir.

Trend-in məlumatına görə, 3 gün davam edən sammitin məqsədi iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün iqlim və səhiyyə icmalarını bir araya toplamaq, eləcə də, “məlumatlılıqdan fəaliyyətə” birlikdə hərəkət etmək imkanları və strategiyalarını müəyyən etməkdir.

Tədbirin sonuncu günündə Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Dr. Nadir Zeynalov iqlim və insan sağlamlığı mövzusunda çıxış edəcək. Eləcə də COP26, COP27, COP28 və COP29 təmsilçiləri arasında COP Davamlılıq Dialoqu baş tutacaq. Həmçinin, iqlim və sağlamlığın kəsişməsində yerləşən ən önəmli məsələlərə dair COP məsləhətçi dəyirmi masaları keçirililəcək.

Xatırladaq ki, dünən, tədbirin ikinci günündə ÜST-nin İqlim və Sağlamlıq Elçisi Vanessa Kerri, dünyada səhiyyə sahəsində ən böyük donor olan Qlobal Fondun icraçı direktoru Peter Sands, Dünya Bankının Sağlamlıq, Qidalanma və Əhali üzrə Qlobal Direktoru Juan Pablo Uribe, COP29 Məsləhət Şurasının üzvü, Malavinin keçmiş prezident Coys Banda, “Malyariya son” təşkilatının baş direktoru Martin Edlund, Dünya Bankının İqlim və Sağlamlıq üzrə Qlobal Proqram Rəhbəri Tamer Rabie və digər məruzəçilər çıxış edib.

Qeyd edək ki, sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirir və ötən COP28 çərçivəsində Abu Dabidə baş tutmuş sammitin uğuruna əsaslanır. “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq ilk dəfə ötən il Abu Dabidəki sammitdə elan edilmişdi. Builki Qlobal Sammit özəl sektordan, QHT-lərdən, qlobal maliyyə institutlarından və ali təhsildən 200 təşkilatı və 44-dən çox ölkəni təmsil edən 270-ə yaxın liderdən ibarət müxtəlif qrupları bir araya gətirib.

2020-ci ildə iqlim dəyişikliyi və onun insan sağlamlığı üzərində yaratdığı pronlemlərə yeni həll yollarının tapılmasını sürətləndirmək üçün fəaləyiyyətə başlayan “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşəbbüsü, dünya miqyasında ən həssas icmalara diqqət yetirməklə, iqlim dəyişikliyi kontekstində qlobal sağlamlıq qazanclarını qorumağa və genişləndirməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti