...

Dünya əhalisinin təxminən 10%-i hələ də acdır - İsmail Serageldin

Yaşıl iqtisadiyyat Materials 20 İyun 2024 12:16 (UTC +04:00)
Dünya əhalisinin təxminən 10%-i hələ də acdır - İsmail Serageldin
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya əhalisinin təxminən 10%-i hələ də acdır.

Trend xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “Ərzaq və Kənd Təsərrüfatı Sektorunun xüsusi halı” adlı panel müzakirəsi zamanı deyib.

“Dünya İqtisadi Forumunun hesablamalarına görə, ərzaq və elektrik enerjisi sektorunda ildə təxminən 1,3 trilyon dollar israf edilir. Biz onların hazırlanmasından istehlaka qədər danışırıq. Bəs, biz nə edirik?

İlk öncə yer üzünə baxmalıyıq. Biz hər birimiz iqlim dəyişikliklərindən təsirlənirik. Meşələrin qırılması, torpaq eroziyası, səhralaşma buna çox mənfi təsir göstərir.

İkincisi, sudan istifadə məsələsidir. Sudan səmərəli istifadə edilməlidir. Bir çox inkişaf etməkdə olan ölkələrdə, ən yoxsul ölkələrdə, suyun təxminən 80%-i kənd təsərrüfatına gedir. Sadəcə insanlara sudan səmərəli istifadə öyrədilməli və xatırladılmalıdır.”,- deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti