...

Azərbaycanın kənd təsərrüfatı iqlim dəyişikliyi ilə bağlı əhəmiyyətli risklərlə üzləşir - İlhamə Qədimova

Yaşıl iqtisadiyyat Materials 20 İyun 2024 12:24 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı iqlim dəyişikliyi ilə bağlı əhəmiyyətli risklərlə üzləşir - İlhamə Qədimova
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın kənd təsərrüfatı sektoru iqlim dəyişikliyi, o cümlədən temperaturun dəyişməsi, yağıntıların normaları və ekstremal hava hadisələrinin artması ilə bağlı əhəmiyyətli risklərlə üzləşir.

Trend xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “Ərzaq və Kənd Təsərrüfatı Sektorunun xüsusi halı” adlı panel müzakirəsi zamanı deyib.

“Məhz buna görə də kənd təsərrüfatı məhsuldarlığımızı, ərzaq təhlükəsizliyimizi və kənd icmalarının güzəranını yaxşılaşdırmaq üçün bu çağırış edirik. Xüsusən də kənd təsərrüfatı sahəsində biz bilirik ki, ərzaq təhlükəsizliyi hər yerdə vacibdir və gələcək üçün də vacib olacaq.

Bütün fermerlər üçün bu gün dəyişim lazımdır. Təbiətlə mübarizəni dayandırmalıyıq. Çünki davamlılıq üçün ölkəmizdə davamlı kənd təsərrüfatına sahib olmalıyıq. Təbii ki, bu sektorda hər zaman hökumət fermerlərə istehsal üçün subsidiyalar verir və biz bu mexanizmlə fermerlərə nə etdiyimizi öyrətməyə davam edirik. Məsələn, hər bir fermer əvvəldən öz torpağını öyrənməlidir ki, gübrə istehsalında istifadə etsin və gələcək üçün davamlı məhsul əldə etsin. Burada müasir suvarma sisteminə ehtiyacımız var”,- deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti