...

Hazırda iqlim dəyişikliyi ilə bağlı fövqəladə vəziyyətdə yaşayırıq - BMT Baş Assambleyasının 73-cü prezidenti

Yaşıl iqtisadiyyat Materials 20 İyun 2024 16:05 (UTC +04:00)
Hazırda iqlim dəyişikliyi ilə bağlı fövqəladə vəziyyətdə yaşayırıq - BMT Baş Assambleyasının 73-cü prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz hazırda iqlim dəyişikliyi ilə bağlı fövqəladə vəziyyətdə yaşayırıq.

Trend xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “İqlim dəyişikliyinə maliyyələşdirmə cavabımız” adlı panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, əsas məsələ isə görülən tədbirlər bu fövqalədə vəziyyətdən çıxmaq gücünə malik deyil.

“Düşünürəm ki, iqlimin təkcə ekoloji problem olmadığını başa düşürük. Çətinliklər, iqlim hədəfləri və məqsədləri, o cümlədən, iqlim maliyyəsi ilə bağlı danışıqlar apararkən, günün sonunda müzakirə etdiyimiz şey inkişaf aktorlarıdır. Biz ticarətlə bağlı, sosial birlik haqqında danışıqlar aparırıq. Güclərin bölüşdürülməsi və ölkələrin, sektorların geosiyasi mənzərədə yeri ilə bağlı danışıqlar aparırıq. Buna görə də iqlim danışıqları bu qədər siyasi yüklü və çox çətindir.

Biz başa düşürük ki, danışıqların tempi prosesin sürətindən daha yavaşdır. Deməli, söhbət təkcə maliyyə ilə bağlı deyil. Mən deyərdim ki, söhbət icra vasitələrinin ümumi praktikasından gedir”,- deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir. Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Xəbər lenti

Xəbər lenti