...

Azərbaycan hökuməti Qarabağ regionunu dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevirmək niyyətindədir - Vahid Hacıyev

Yaşıl iqtisadiyyat Materials 21 İyun 2024 12:39 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan: Trend:

Azərbaycan hökuməti Qarabağ regionunu dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevirmək niyyətindədir .

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

“Cəbrayıl, Qubadlı və Zəngilanda zəngin günəş enerjisi resurslarından istifadə edərək, biz yaşayış binalarına və küçə infrastruktur sistemlərinə günəş panellərini inteqrasiya edirik. Bundan əlavə, elektrikli nəqliyyat vasitələri üçün günəş enerjisi doldurma stansiyaları, “ağıllı parkinq” və digər ekoloji cəhətdən təmiz həllər kimi təşəbbüslər davamlı təcrübələrin həyata keçirilməsinə sadiqliyimizi vurğulayır”, - o bildirib.

Hacıyev xatırladıb ki, Cəbrayılda Böyük Britaniyanın BP şirkəti 240 MVt gücündə günəş elektrik stansiyası tikmək niyyətindədir, “Nobel Energy” şirkəti isə 100 MVt gücündə günəş panelləri istehsalı zavodunun tikintisinə sərmayə qoymaq niyyətindədir: "Bu təşəbbüslər Qarabağ regionunun dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevrilməsinə yönəlmiş milli strategiyaya üzvi şəkildə uyğun gəlir. Bundan başqa, bütün Şərqi Zəngəzur və Qarabağ ərazisində iri tikinti layihələrinin icrası müasir şəhərsalma tendensiyaları ilə davam etdirilir. Tikinti davamlılıq, inklüzivlik və təhlükəsizliyin prioritet olduğu müasir şəhərsalma tendensiyaları nəzərə alınmaqla aparılır. Buna nümunaə olaraq Zəngilan rayonunun “ağıllı kənd”i. Bu kənd dayanıqlı inkişaf məqsədləri nəzərə alınmaqla salınıb. Bu gün Ağalıda 171 ailə yaşayır, sakinlərin ümumi sayı 870 nəfərə çatır".

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tikinti işlərində istilik izolyasiya materiallarından geniş istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti