...

Dünya Bankı ilə yaşıl enerjiyə qoşulma məsələləri müzakirə edildi

Yaşıl iqtisadiyyat Materials 17 İyul 2024 13:09 (UTC +04:00)
Dünya Bankı ilə yaşıl enerjiyə qoşulma məsələləri müzakirə edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə energetika Nazirliyi məlumat yayıb.

Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi, o cümlədən, “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarının enerjisistemə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib.

Görüşdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti