...

COP29-un baş danışıqçısı investisiya fəaliyyətinin əsas istiqamətlərini açıqlayıb

Yaşıl iqtisadiyyat Materials 19 İyul 2024 22:07 (UTC +04:00)
COP29-un  baş danışıqçısı investisiya fəaliyyətinin əsas istiqamətlərini açıqlayıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı.Trend:

COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın iqlim maliyyələşdirilməsi üzrə fəaliyyət Fondunun (CFAF) yaradılması üçün təklif etdiyi vəsaitin necə bölüşdürülə biləcəyi barədə məlumat verib.

Trend xəbər verir ki, bunu nazir müavini COP29 Sədrliyinin fəaliyyət planının təqdimatı zamanı deyib.

"CFAF Azərbaycanın COP-a Sədrliyinin ilk təşəbbüsüdür. Bu fondun investisiya fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: kapitalın 50% - i inkişaf etməkdə olan ölkələrdəki iqlim layihələrinə yönəldiləcək, təmiz enerji texnologiyalarının tətbiqinə kömək edəcək, enerji səmərəliliyini artıracaq, həssas əhali qruplarının iqlim dəyişikliyinə davamlılığını artıracaq və qabaqcıl texnologiyaların inkişafına kömək edəcəkdir. Bu fonda gözlənilən töhfələrin digər 50% — i yerdəki temperatur artımının hədəfini 1,5 C-də məhdudlaşdırmaq üçün NDC-nin (emissiyaların azaldılması üzrə Milli öhdəliklər) həyata keçirilməsinə kömək etməyə yönəldiləcək" , - deyə Rəfiyev qeyd edib.

Onun sözlərinə görə, Fond gəlir gətirəcək və investisiya nəticəsində əldə olunan gəlirin 20% - i ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə güzəştli qrant dəstəyi vermək üçün 2R2F maliyə mexanizmi vasitəsilə toplanacaq.

"2R2F mexanizmi zərərli iqlim nəticələrini və ya təbii fəlakətləri aradan qaldırmaq üçün maliyyə mənbələrinin dərhal mövcudluğunu təmin edəcəkdir. İnkişaf etməkdə olan ölkələrlə aparılan 7 aylıq danışıqlar zamanı bizə, xüsusən də kiçik ada dövlətlərindən təbii fəlakətlər zamanı bu dövlətlərin beynəlxalq maliyyə təşkilatlarından gecikmiş cavab alması ilə bağlı çoxlu müraciətlər oldu. İdeyamız sayəsində problem fəlakətlə üzləşən ölkələrin operativ köməyi ilə həll oluna bilər" , - deyə COP29-un baş danışıqçısı bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti