Şuşa. Trend:
Biz çalışırıq ki, COP ilə bağlı maliyyə dayanıqlı olsun.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat zamanı deyib.
"Bizim vahid mövqeyimiz olmalıdır. Biz beləliklə yeni modellər əldə edə bilərik. İqlim dəyişikliyi fondu ilə bağlı istərdik ki, hər kəs töhfə versin. Bunun detallarnı aydınlaşdırmalıyıq. Müəyyən məsələlər cəmiyyətə çatdırılıb. İşçi qrupu olaraq bunun üzərində çalışırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, 2-ci Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.