...

Azərbaycan Serbiyanı COP29-a dəvət edib

Yaşıl iqtisadiyyat Materials 25 İyul 2024 14:44 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Serbiyanı rəsmilər və vətəndaş cəmiyyəti səviyyəsində COP29-da aktiv iştiraka dəvət edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışında deyib.

"Komissiyanın imkanından istifadə edərək, Serbiya tərəfini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) yüksək səviyyədə aktiv iştiraka dəvət edirik. Həmçinin noyabr ayında Serbiyadan olan gənc iqlim liderlərinin və QHT nümayəndələrinin COP29-da iştirak üçün Bakıya səfərinə açığıq", - deyə o vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti