...

Bakıda Mərkəzi Asiyadan Avropaya "yaşıl" enerji ixracı layihəsi üzrə birgə müəssisə yaradılacaq

Yaşıl iqtisadiyyat Materials 6 Avqust 2024 16:53 (UTC +04:00)
Bakıda Mərkəzi Asiyadan Avropaya "yaşıl" enerji ixracı layihəsi üzrə birgə müəssisə yaradılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Mərkəzi Asiyadan Avropaya "yaşıl" enerji ixracı layihəsi üzrə birgə müəssisə yaradılacaq.

Trend Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov Qazaxıstanda Mərkəzi Asiya dövlətlərinin energetika nazirlərinin birinci görüşündə çıxışında deyib.

Nazir müavini bildirib ki, İtaliyanın "CESI" şirkətinin əməkdaşlığı ilə layihənin ilkin texniki-iqtisadi əsaslandırmasının keçirilməsi ilə bağlı texniki tapşırıq təsdiqlənib.

"İşçi qrupu artıq Bakıda birgə müəssisə yaratmaq barədə razılığa gəlib. Azərbaycan ümid edir ki, bu cür ixrac dəhlizi Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi resursları bazarının şaxələndirilməsinə kömək edəcək.

Bütünlükdə bu işlər, şübhəsiz ki, ölkələrimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, Orta Dəhlizin inkişafına, eləcə də, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin qarşılıqlı inteqrasiyasının dərinləşməsinə öz töhfəsini verəcək", - deyə O.Zeynalov əlavə edib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb. Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti