Bakı. Trend:
Azərbaycanda "yaşıl enerji" üzrə investisiya layihələri son dövrlərdə əhəmiyyətli dərəcədə artmışdır. Ölkənin enerji sektoru üçün təmiz və bərpa olunan enerji mənbələrinə olan ehtiyac gündən-günə artır, və müxtəlif layihələr həyata keçirilir. Yaşıl enerjinin aktiv inkişafı üçün digər stimul bir çox ölkələrin hökumətlərinin dəstəyidir. Bunun əyani sübutu kimi ölkəmizi göstərmək olar. Belə ki, enerji ehtiyatları baxımından nəhəng pontensialı olan ölkəmizin hazırda bu sahədə əsas investorları Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından “ACWA Power” şirkətləridir. Digər ölkələrin də "yaşıl enerji"ylə bağlı ölkəmizə investisiya qoyuluşlarının şahidi oluruq.
Dünyada əksər ekspertlər yaxın 5-10 il ərzində yaşıl enerjiyə investisiya yatırımlarının perspektivli olacağını bildirirlər.
Ümumiyyətlə alternativ enerji mənbələrinin inkişafı bizə bir sıra problemləri həll etməyə imkan verir.
Belə ki, bir neçə il əvvəl yaşıl enerjiyə sərmayə qoymağın sərfəli olub-olmaması sualına əksər ekspertlər mənfi cavab verdi. İndi vəziyyət kəskin şəkildə dəyişib və uzunmüddətli investisiyalar üçün əlverişli şərait yaradılıb. Bunun üçün tutarlı səbəblər var.
Bütün ölkələrdə artan elektrik istehlakı;
Əsas elektrik enerjisi istehlak edən ölkələrdə yaşıl enerjinin payının artırılması;
Bütün bunlar onu deməyə əsas verir ki, alternativ enerji sahəsində çalışan şirkətlərin səhmlərinin bahalaşmasının davam etməsi ehtimalı var.
"Yaşıl enerji" üzrə investisiya layihələri, enerji istehsalını ekoloji cəhətdən davamlı və təmiz yollarla həyata keçirməyi məqsəd qoyur. Bu cür layihələr, ətraf mühitin qorunmasına kömək edir və uzunmüddətli enerji ehtiyaclarını qarşılayır.