...

Bakıda "СОР29 Human Capital Forum”u keçiriləcək

Yaşıl iqtisadiyyat Materials 4 Oktyabr 2024 17:32 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bakı 15 oktyabr tarixində "СОР29 Human Capital Forum”-a ev sahibliyi edəcək.

Bu barədə Trend “UN Global Compact”-a istinadən xəbər verir.

"Forumu COP29 rəhbərliyi ilə birgə təşkil edirik və bu, insan kapitalının davamlı inkişafı və iqlim dəyişikliyinə qarşı dayanıqlılığa diqqət yetirmək məqsədini güdür", - məlumatda qeyd edilib.

Forumun spikerləri arasında BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, ABB bankının icraçı direktoru Aynur Süleymanlı, HR ekspert və karyera kouçu Leyla Novruz, KPMG Türkiye-nin insan resursları və dəyişikliklər üzrə meneceri Umut Kılınç yer alır.

Forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) əvvəl keçirilən tədbirlər çərçivəsində təşkil olunur.

Xəbər lenti

Xəbər lenti