...

Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Fondunun vitse-prezidentindən COP29-dan gözləntiləri barədə açıqlama (Özəl)

Yaşıl iqtisadiyyat Materials 9 Oktyabr 2024 11:34 (UTC +04:00)
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Fondunun vitse-prezidentindən COP29-dan gözləntiləri barədə açıqlama (Özəl)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın noyabrda COP29-da təqdim olunacaq, metanla bağlı təşəbbüslərinin əhəmiyyətini böyükdür.

Bu barədə Trend-ə özəl müsahibəsində Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Fondunun (EDF) baş vitse-prezidenti, aparıcı elmi əməkdaşı professor Stiven Hamburq bildirib.

O, Metan emissiyalarının neft-qaz sektorunda azaldılmasına yönəlmiş tədbirləri əhatə edən hazırlanmaqda olan Metan Bəyannaməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Eyni zamanda Azərbaycanın orqanik mənşəli metan emissiyalarının (yəni, qida tullantılarından) azaldılması təşəbbüsü də vacibdir, çünki bu, yalnız atmosferin deyil, həmdə torpağın təmizliyinin təmin olunmasına yönəlmişdir”, — o qeyd edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) gözləntiləri ilə bağlı EDF-nin baş vitse-prezidenti, COP29-un bir sıra qlobal iqlim ambisiyalarının həyata keçirilməsini təsdiqləməyə, xüsusilə istixana qazlarının emissiyalarının azaldılması üzrə irəliləyişin təmin edilməsinə çağırdığını söyləyib.

“Düşünürəm ki, dünyada istixana qazlarının emissiyalarının azaldılması üçün real imkanlar var, xüsusilə də neft və qaz sənayesində. İrəliləyiş, texnoloji inkişafların irəliləməsi sayəsində mümkün ola bilər”, — Stiven Hamburq.

Onun fikrincə, dünya ölkələri iqlim dəyişikliyi ilə mübarizədə qalıq yanacaqların istifadəsini optimallaşdırmalı, istehsal proseslərini daha səmərəli idarə etməli və istixana qazlarının emissiyalarını minimuma endirməlidir ki, bu da qlobal iqlim hədəfinə - istiləşmənin 1,5 dərəcə selsiyə qədər məhdudlaşdırılmasına nail olmağa imkan tanıyacaq.

Qeyd edək ki, Bakıda 11-22 noyabr tarixlərində COP29 keçiriləcək və burada təxminən 60 beynəlxalq sənədin imzalanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti