...

Pre-COP29 iqlim sammitindən əvvəl vacib məsələlərdə irəliləyişə nail olmağa kömək edəcək - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 10 Oktyabr 2024 11:15 (UTC +04:00)
Pre-COP29 iqlim sammitindən əvvəl vacib məsələlərdə irəliləyişə nail olmağa kömək edəcək - Muxtar Babayev
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda başlayan Pre-COP29 tədbiri "Yeni Kollektiv Kəmiyyət Məqsədi", Paris İqlim Sazişinin 6-cı maddəsi, itkilər və zərərlərlə mübarizə üzrə beynəlxalq fondun formalaşması və Yaşıl İqlim Fondu məsələlərinin irəliləməsinə kömək edəcək.

Trend xəbər verir ki, bu barədə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) zamanı çıxışında deyib.

"Pre-COP29 bu vacib məsələlər üzrə irəliləyişə nail olmağa kömək edəcək, bütün işi COP29-a buraxmaq olmaz, iqlim sammitindən əvvəl də müəyyən qərarlara gələ bilərik", - M.Babayev qeyd edib.

Onun sözlərinə görə, Bakıda, inkişaf edən ölkələrin və xüsusən də, ada dövlətlərin iqlim problemlərini həll edilməsi üzrə illik 1 trilyon ABŞ dolları toplamaq və istifadəsini təmin etmək kimi, COP28 çərçivəsində əldə olunmuş konsensusları dəstəkləmək vacibdir.

"İqlim maliyyələşdirməsi Pre-COP-da və COP29-un özündə əsas məsələlərdən biri olacaq", - COP29-un prezidenti bildirib.

Onun sözlərinə görə, Bakıda Paris İqlim Sazişinə qoşulan ölkələr tərəfindən 2024-cü ilin sonuna qədər təqdim olunmalı olan 2 illik şəffaflıq hesabatları (BTR) və ölkələrin iqlim öhdəlikləri üzrə milli planları (NDC), 2025-ci ilin fevral ayına qədər təqdim olunmalıdır.

"Onların icrası istixana və qeyri-istixana qazlarının emissiyalarını azaltmaqla bağlı real addımları müəyyən edəcək", - M.Babayev vurğulayıb.

O, eyni zamanda Paris İqlim Sazişinin 6-cı maddəsi üzrə qərarların qlobal əhəmiyyətə malik olacağını qeyd edib.

"Biz hesab edirik ki, bütün siyasi mübahisələri işıqlı iqlim gələcəyi naminə təxirə salmaq lazımdır. Ümidvaram ki, bu, COP29-un bütün iştirakçıları tərəfindən dəstəklənəcək", - M.Babayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti