...

İqlim dəyişmələri ilə mübarizədə uğur qazanmaq üçün kifayət qədər maliyyələşmə vacibdir - Saymon Stil

Yaşıl iqtisadiyyat Materials 10 Oktyabr 2024 15:30 (UTC +04:00)
İqlim dəyişmələri ilə mübarizədə uğur qazanmaq  üçün kifayət qədər maliyyələşmə vacibdir - Saymon Stil
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişmələri ilə mübarizədə uğurun açarı kifayət qədər maliyyələşmənin mövcudluğudur.

Trend xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (UNFCCC) icraçı katibi Saymon Stil öz sosial şəbəkə hesabında bildirib.

“Bakıda keçiriləcək qarşıdakı COP29 iqlim konfransı uğurlu olmalıdır. Söhbət ölkələrin keçən ilki "BƏƏ Konsensusu" (COP28) çərçivəsində götürdükləri iqlim öhdəliklərini həyata keçirmək üçün konkret nəticələrə nail olmaqdan gedir”, - o qeyd edib.

“Aydındır ki, maliyyə bu il tələb olunan xüsusi nəticələr arasında ən əsasdır”, - o vurğulayıb.

Qeyd edək ki, UNFCCC-nin icraçı katibi cümə axşamı Bakıda başlayan Pre-COP tədbirlərində iştirak edir.

Azərbaycanın paytaxtı Bakıda 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Xəbər lenti

Xəbər lenti