...

“SOCAR Green” bərpa olunan enerji sahəsində xarici tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi haqda (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 10 Mart 2025 08:00 (UTC +04:00)
“SOCAR Green” bərpa olunan enerji sahəsində xarici tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi haqda (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda "SOCAR Green" və "PowerChina" arasında qarşılıqlı anlaşma memorandumu (MoU) çərçivəsində Azərbaycanda birgə həyata keçiriləcək günəş və külək enerjisi layihələrinin ilkin qiymətləndirilməsi aparılır.

Bu barədə Trend-ə "SOCAR Green"dən məlumat verilib.

“Bu strateji tərəfdaşlıq bərpa olunan enerji sahəsində bir sıra imkanların araşdırılmasına yönəlib. Buraya iri miqyaslı günəş fotovoltaik (PV) layihələri, quruda və dənizdə külək elektrik stansiyalarının tikintisi, eləcə də enerji saxlama sistemləri və inteqrasiya olunmuş ağıllı enerji sistemləri kimi infrastruktur layihələri daxildir. "SOCAR Green" və "PowerChina" bu layihələrin texniki-iqtisadi əsaslandırılmasını qiymətləndirmək üçün sıx əməkdaşlıq edir. Dəqiq investisiya rəqəmləri qiymətləndirmə prosesi irəlilədikcə müəyyən ediləcək”, – "SOCAR Green"dən bildirilib.

Qeyd edək ki, "SOCAR Green" və "PowerChina" COP29 çərçivəsində Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı üzrə birgə imkanların araşdırılması məqsədilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur.

“Həmçinin COP29 çərçivəsində əldə edilmiş daha bir əhəmiyyətli nailiyyəti qeyd etmək istərdik: "SOCAR Green" Azərbaycanın cənub bölgələrində potensial geotermal sistemlərin qiymətləndirilməsi üçün "Baker Hughes" ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb”, – "SOCAR Green"dən bildirilib.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti