...

Yeni SimSim abunəçiləri 50 pulsuz SMS alacaqlar

Telekommunikasiya Materials 11 Oktyabr 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM-in SimSim tarif planına qoşulan hər yeni abunəçi 50 pulsuz SMS alacaq. Şirkətdən verilən məlumata görə, pulsuz SMS-lər, qoşulma anından etibarən, 30 gün müddətində Azercell şəbəkəsi daxilində (qısa nömrələr istisna olmaqla) istifadə oluna bilər.

Azercell abunəçilərinin ümumi sayı 2,8 mln. nəfəri ötür.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə, Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti