...

Azərbaycan təmsilçisi poçt təhlükəsizliyi üzrə seminarda iştirak edcək

Telekommunikasiya Materials 30 Oktyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azerpoct Dövlət müəssisəsinin keyfiyyətə nəzarət üzrə şöbəsinin müdiri Novruz Qalayev Moskvada poçt təhlükəsizliyi üzrə beynəlxalq seminarda iştirak edəcək. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Seminar noyabrın 28-29-da Moskvada keçiriləcək və Rabitə Sahəsindən Regional Əməkdaşlıq Əlaqələri Administrasiyasının (RSƏ) mütəxəssisləri üçün təşkil olunacaq.

Seminarda poçt təhlükəsizliyi və onların müzakirəsi sahəsində mütəxəssislər tərəfindən müxtəlif mövzuların təqdim edilməsi nəzərdə tutulub.

Seminarda Dünya Poçt Birliyi, ABŞ, Almaniya, Polşa və Danimarkadan olan mütəxəsisslərin də iştirakı gözlənilir.

RSƏ 1991-ci il dekabrın 17-də Müstəqil Dövlətlər Birliyinin Rabitə Administrasiyaları rəhbərləri tərəfindən Moskvada yaradılıb.Həmin gün onlar könüllü başlanğıc, qarşılıqlı hörmət və suverenlik prinsipləri əsasında elektrik və poçt sahəsində yeni müstəqil dövlətlərin əməkdaşlığının həyata keçiriləmsi iqtidarında olan RSƏ Təşkilatının yaradılmasına dair müqavilə imzalayıblar.

Təşkilatın fəaliyyətinin strateji istiqamətlərinə teleradioyayım, informasiya cəmiyyətinin inkişaf etdirilməsi, telekommunikasiya şəbəkəsinin idarə olunması, birgə layihə və proqramların reallaşdaralması sahəsində əməkdaşlıqdan savayı, əhaliyə və biznes sektorlarına yüksək texnikalı müasir xidmətlərin geniş seçimini təqdim etmək üçün, informasiya-kommunikasiya texnologiyalarının poçt şəbəkələrindən istifadədə birgə fəaliyyət də daxildir.

Azərbaycan təşkilat yaradılan gündən RSƏ-nin tam hüquqlu üvvüdür.

Xəbər lenti

Xəbər lenti