...

Azərbaycan hökuməti İT sahəsinin inkişafında maraqlıdır - "Microsoft"un rəhbəri Bill Geyts

Telekommunikasiya Materials 21 Noyabr 2007 13:31 (UTC +04:00)
Azərbaycan hökuməti İT sahəsinin inkişafında maraqlıdır - "Microsoft"un rəhbəri Bill Geyts

Azərbaycan, Bakı/ Trend müxbir S.Babaeva/ Dünyanın proqram təminatı istehsalı üzrə ən böyük şirkəti olan "Microsoft"un rəhbəri Bill Geyts çərşənbə günü Bakıda "Telekommunikasiya və İnformasiya Texnologiyaları"- "BakuTel-2007" 13-cü beynəlxalq sərgi-konfransının açılış mərasimində yayımlanan video-müraciətində bildirib ki, Azərbaycan hökuməti informasiya texnologiyaları sahəsinin inkişafında maraqlıdır və İT sahəsinin inkişfını öz prioriteti elan edib.

"Mən Azərbaycan hökumətinin İT sahəsinin inkişafında nə qədər maraqlı olduğunu görürəm və biz Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdə maraqlıyıq" - deyə Geyts qeyd edib.

"BakuTel-2007" iştirakçılarının 30%-i Azərbaycan şirkətləridir. Bu il "BakuTel-2007"də 25 ölkədən 142 şirkət iştirak edəcək və ötən illə müqayisədə ekspozisiya sahəsi 15% artırılacaq. Bu il sərgidə iştirak edən şirkətlərin 27%-i ilk dəfədir ki, bazara daxil olur.

Sərgi çərçivəsində "Regional innovasiya zonası: problemlər və həll yolları" konfransı baş tutacaq ki, konfrans Azərbaycanda texnopark layihəsinin reallaşma prosesinin sürətləndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti